Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə indiyədək 15 müasir heyvandarlıq kompleksinin yaradılmasına 57,2 mln. manat məbləğində güzəştli kredit verib. Nazirlikdən SİA-ya verilən məlumata görə, artıq 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir.Güzəştli kreditlərin verilməsi ilə yanaşı, dövlət tərəfindən sahibkarlara "Aqrolizinq" ASC vasitəsilə cins heyvanların güzəştli şərtlərlə verilməsində böyük dəstək göstərilir. Artıq digər Avropa ölkələri ilə yanaşı, Fransadan da damazlıq cins heyvanların gətirilməsinə başlanıb.İlkin olaraq gətirilmiş 160 baş damazlıq heyvanların 100 başı Biləsuvar rayonunda yerləşən heyvandarlıq kompleksinə, 60 başı isə Bərdə rayonunda yerləşən dövlətin güzəştli kreditləri hesabına yaradılmış heyvandarlıq kompleksinə verilib.İlin sonunadək daha 500 baş damazlıq cins heyvan gətiriləcək. Bu damazlıq heyvanlardan alınan danalar gündəlik çəkisini 1,4-1,7 kq-dək artırmaqla və keyfiyyətli ət göstəriciləri ilə seçilirlər.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...