Birləşmiş Millətlər Təşkilatının iyulun 16-da keçirilən videokonfransında Suriya və konfliktə cəlb olunmuş digər Yaxın Şərq ölkələrinin aclıqdan və xəstəlikdən əziyyət çəkən əhalisinin ilkin ehtiyaclarının təminatı məsələsi müzakirəyə çıxarılıb. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi Valeri Amos cari ilin axırına kimi təkcə Suriyaya bu məqsədlə 3,1 milyard ABŞ dolları məbləğində vəsaitin tələb olunduğu barədə məlumat verib. Son statistikanı xatırladan Amos bu gün təkcə Suriyada ən azı 6,8 milyon, eləcə də qonşu ölkələrdə sığınacaq tapmış 1,7 milyon suriyalının təcili humanitar yardıma ehtiyac duyduğunu, onların da təxminən yarısının uşaqlar olduğunu bildirib.Konfransın gedişi zamanı yardımların tələb olunan insanlara çatdırılmasında Suriya hökumət dairələri, eləcə də gündən-günə artan müxalifət qruplaşmaları tərəfindən yaradılan çətinliklər, həmçinin yardımların bölünməsi zamanı baş verən neqativ hallar və onların aradan qaldırılması yolları müzakirə olunaraq müvafiq qərarlar qəbul olunub.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...