İran prezidenti Mahmud Əhmədinejad Bağdadda İraqın Baş naziri Nuru əl-Maliki ilə bir araya gəlib. SİA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, İraqa səfər edən Əhmədinejadı prezidentin köməkçisi Hudayr əl-Huzai qarşılayıb. Əhmədinejad daha sonra Baş nazirliyin binasında İraq hökumətinin başçısı Maliki ilə görüşüb. Foto çəkilişinin ardından görüş qapalı davam edib.Diplomatik qaynaqlardan alınan məlumata görə, Əhmədinejad-Maliki görüşməsində Suriya və Livan başda olmaq üzrə regionda cərəyan edən son hadisələr, həmçinin iki ölkə arasındakı əlaqələr müzakirə edilib.Əhmədinejad hazırda xəstəxanada müalicə olunan İraq prezidenti Cəlal Talabaninin dəvəti ilə İraqı ziyarət etdiyini xatırladıb.İran prezidentinin Bağdaddakı rəsmi görüşlərdən sonra Həzrəti Əlinin Kərbəladakı türbəsini ziyarət edəcəyi gözlənilir.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...