PDF Oxu

Dünya

  • 1 818

Çində təbii fəlakət baş verib

Çində təbii fəlakət baş verib

Çinin cənub-qərbində yerləşən Siçuan əyalətində ötən həftə şiddətli yağışlar nəticəsində yaranan sel və torpaq sürüşməsi nəticəsində 58 nəfər həyatını itirib, 175 nəfər itkin düşüb. Bu barədə SİA Anadolu agentliyinə istinadən xəbər verir.Əyalətin Sel və Quraqlıqların qarşısının alınması İdarəsinin məlumatında Duciangyan şəhərindəki bir kənddə meydana gələn torpaq sürüşməsində 47 nəfərin öldüyü, 117 nəfərin isə itkin düşdüyü qeyd edilib.Baş vermiş fəlakət nəticəsində 400 evin uçduğu, 3,47 milyon nəfərin seldən ziyan çəkdiyi, 300 min nəfərin evakuasiya edildiyi bildirilir. Bölgəyə dəymiş zərərin həcminin təxminən 3,28 milyard dollar təşkil etdiyi açıqlanıb.Qeyd edək ki, Çinin şimal bölgələrində hələ də şiddətli yağışlar davam edir.

sia.az

Digər xəbərlər