Dünən yerli vaxtla saat 20:41-də İspaniyada sərnişin qatarı qəzaya uğrayıb. SİA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 60 nəfər ölüb, 131 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. "Renfe" nəqliyyat kompaniyasının məlumatına görə, Madriddən Ferrol şəhərinə gedən qatarda 218 sərnişin olub. Qatar Qalisii-Santyaqo-de Kompostela stansiyasına yaxınlaşan zaman vaqonlar relsdən çıxaraq aşıb.Faciə ilə bağlı baş nazir Mariano-Raxoy hökumətin iclasını çağırıb. Qəzanın səbəblərini araşdırılmasına 320 nəfər polis cəlb olunub. Könüllü olaraq qanvermə kampaniyasına başlanıb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...