PDF Oxu

Dünya

  • 1 765

Tayvanda zəlzələ baş verib

Tayvanda zəlzələ baş verib

ABŞ-ın geoloji xidmət idarəsi dünən Tayvanın Xyalyan şəhərindən 13 kilometr cənubda yeraltı təkanların baş verdiyi barədə məlumat yayıb. Zəlzələnin episentri yer səthindən 2,5 kilometr dərinlikdə qeydə alınıb. Ölən və yaralananların olması barədə məlumat verilmir.Qeyd edək ki, Tayvan planetin ən seysmoaktiv zonalarından biri sayılır. Seysmoloqlar hər il ada ərazisində 18 minə qədər yeraltı təkanların baş verdiyini qeydə alır. Adada 1999-cu ildə 7,6 bal gücündə yeraltı təkanlar baş verib və bu zaman 2400 insan ölüb.

sia.az

Digər xəbərlər