Britaniya taxt-tacının yeni vəliəhdinin doğulması Böyük Britaniyanın iqtisadiyyatına 521 milyon funt sterlinq (təxminən 800 milyon dollar) gəlir gətirib. Həm də gəlirin çox hissəsi turistlərin hesabına əldə olunub. Bu məbləğin böyük hissəsi - təxminən 319 milyon dollar ölkəyə ümumi marağın artması və istehlak tələbatının stimullaşdırılması hesabına yığılıb. "Brand Finance" agentliyinin ekspertləri hesab edirlər ki, yeni doğulmuş "əlahəzrət Kembric şahzadəsi" də böyük Britaniyanı şahzadənin dünyaya gəlməsi münasibətilə keçirilən bayram tədbirlərindən əldə olunmuş təxminən 134 milyon dollar gəlirlə təmin edib.Üzərində kral ailəsinin rəmzi olan suvenirlərin satışından 143 milyon dollar, içkilərin satışından 95 milyon dollar, kitablardan 61 milyon dollar, DVD disklərin və digər informasiya daşıyıcılarının satışından isə 55 milyon dollar əldə edilib.Bununla yanaşı, prinsin doğulması ilə əlaqədar Böyük Britaniya iqtisadiyyatına əsas gəliri ölkənin vətəndaşları deyil, xarici turistlər gətirirlər: kral ailəsi ilə bağlı xəbərlər dünyanın KİV-lərində işıqlandırılır və bir çox insanı bu ölkəyə gəlməyə ruhlandırır.Britaniyanın turizmlə əlaqəli olan bir çox şirkətləri Kembric hersoginyası Ketrin Middlton və şahzadə Uilyamın övladının dünyaya gəlişini xüsusi aksiyalarla qeyd ediblər.Məsələn, iyunun 23-də yanında ikiyaşınadək uşağı olan sərnişinlər "Ryanair" aviaşirkətindən uşaq üçün pulsuz bilet əldə edə bilərdilər. Adətən "Ryanair"in balacalarla səyahətə çıxan müştəriləri əlavə olaraq 30 funt ödəyirlər.Bundan əlavə, loukoster uşağın doğulması şərəfinə iyulun 25-dək 100 min biletin ucuz qiymətlərlə satıldığını elan edib."Jurys İnn hotel" mehmanxanalar şəbəkəsində isə Ketrin və Uilyamın oğlu Corc Aleksandr Luinin adaşı olan bütün turistlərə bir şüşə şərab hədiyyə ediləcək. Aksiya turistin adı məlum olandan sonra 24 saat davam edəcək.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...