Dünən İraqın Bağdad, Bəkubə və Mosul şəhərlərində silsilə terror aktları törədilib. SİA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Bağdad şəhərində toy mərasiminə edilən silahlı hücumda 4 nəfər ölüb, 14 nəfər yaralanıb.Bağdad yaxınlığındakı Mədain bölgəsində çayxanaya bomba atılması nəticəsində 4 nəfər ölüb, 14 nəfər yaralanıb.Bəkubə şəhərinin Nufəl bölgəsində bomba yerləşdirilən avtomobil partladılıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 16 nəfər yaralandığı qeyd edilib.Bundan başqa, Mosulda 3 ayrı yerdə törədilən partlayışlar nəticəsində 2-i polis olmaqla 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...