PDF Oxu

Dünya

  • 1 946

Finlandiya simsiz internetin əhatəsinə görə dünyada liderdir

Finlandiya simsiz internetin əhatəsinə görə dünyada liderdir

Ötən il Finlandiya simsiz internetin əhatə dairəsinə görə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan 34 ölkə arasında birinci yeri tutub. SİA-nın məlumatına görə, bu barədə İƏİT açıqlama verib. Məlumata görə, internetə mobil çıxış xidmətinin göstərilməsi üçün 100 Finlandiya sakininin payına 106,54 abunəçi müqaviləsi düşür. Simsiz internet abunəçilərinin ümumi sayı 5,766 milyon təşkil edir.Nəticədə Finlandiya genişzolaqlı simsiz internet istifadəçilərinin sayına görə 2009-cu ildən tutduğu mövqeyini ilk dəfə tərk edən Cənubi Koreyanı üstələyib. 2012-ci ilin yekunları üzrə Asiya ölkəsi 100 nəfərə düşən 103,4 müqavilə göstəricisi ilə yalnız dördüncü yeri tuta bilib. Liderlər üçlüyünə İsveç (100 nəfərə 104,83 abunəçi müqaviləsi) və Avstraliya (103,4) da daxildir. İƏİT-in məlumatına görə, simsiz internetdən istifadə edənlərin sayı ildə 13,8 faiz artır və bu il hər 100 sakinə 62,75 rabitə xətti düşüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin iyununda göstərici 58,6 xətt olub. İƏİT ölkələrində simsiz internet abunəçilərinin ümumi sayı artıq 780 milyonu ötüb. Bununla yanaşı, Finlandiya İƏİT-in simli internetin əhatə dairəsi reytinqi üzrə yalnız 14-cü yerdə qərarlaşıb. Belə ki, abunəçilərin ümumi sayı 1,66 milyon olmaqla 100 nəfərə 30,4 abunəçi müqaviləsi düşür. Finlandiyanı İsveçrə (43,4 müqavilə), Niderland (39,7) və Danimarka (38,8) xeyli qabaqlayır. Orta hesabla İƏİT ölkələri üzrə göstərici 26,3 abunəçi müqaviləsi təşkil edir.

sia.az

Digər xəbərlər