PDF Oxu

Dünya

  • 1 723

Ağ ev qadağanı ləğv etdi

Ağ ev qadağanı ləğv etdi

ABŞ prezidenti Barak Obama Administrasiyası avqustun 3-də ölkə ərazisində "iPhone" smartfonunun və "iPad" planşet kompüterinin satışına qoyulmuş qadağanı ləğv edib. SİA-nın məlumatına görə, Ağ Ev nümayəndələrinin fikrincə, "Apple" şirkətinin bəzi məhsullarının satışına qadağa ölkə iqtisadiyyatında rəqabət şəraitinə və ABŞ istehlakçılarına təsir edir.Qeyd edək ki, "Apple"-ın satışlarının məhdudlaşdırılması ilə bağlı qərar ABŞ Beynəlxalq Ticarət Komissiyası tərəfindən rəqibini patent hüququnun pozulmasında təqsirləndirən "Samsung" şirkətinin qaldırdığı iddiası əsasında tətbiq edilib. Qadağa "AT&T", "iPhone 3GS" rabitə operatorları üçün "iPhone 4" qurğularına, eləcə də "AT&T"-in müqaviləsi əsasında satılan "iPad 3G" və "iPad 2 3G" planşetlərinə şamil olunub. Ağ Ev komissiyanın qadağasını 1987-ci ildən bəri ilk dəfə ləğv edib. Prezident Barak Obama Administrasiyası patent mübahisələri əsasında qadağaların əleyhinədir və onları pul cərimələri ilə əvəzləməyi təklif edir."Apple" və "Samsung" arasında patent mübahisəsi 2010-cu ildən davam edir. Şirkətlər bir-birini qurğuların xarici görünüşünün və funksiyalarının üzünün köçürülməsində, eləcə də texnoloji innovasiyalardan istifadədə günahlandırırlar. 2012-ci ilin avqustunda məhkəmə "Samsung"u "Apple"-ın 5 patentini pozmaqda təqsirli bilərək onu 1,05 milyard dollar cərimə edib. 2013-cü ilin martında cərimə təxminən 2 dəfə azaldılıb.

sia.az

Digər xəbərlər