Avqustun 11-də Yaponiyada günvurma nəticəsində 1387 nəfər xəstəxanaya yerləşdirilmişdir. Güclü istilər iki nəfərin ölümünə səbəb olmuş, səkkiz nəfər isə hələ də huşsuz vəziyyətdədir.
Yüksək atmosfer təzyiqi yaradan günəş və yandırıcı istilər Yaponiyanın müxtəlif rayonlarında insanların səhhətində problemlər yaratmışdır.
Yaponiyanın mərkəzi hissəsindəki Yamanasi prefekturasının Kofu şəhərində bazar günü saat 14:30 dəqiqədə temperatur müsbət 40,6 dərəcə olmuşdur.
Tokio və Osaka da daxil olmaqla, Yaponiyanın bir çox ərazilərində gündüz havanın temperaturu 35 dərəcə Selsini ötmüşdür.
Meteoroloqlar insanlara günvurmadan qorunmağı, daha çox su qəbul etməyi, evdən daha az çıxmağı və kondisionerlərdən lazımi qaydada istfadəni tövsiyə edirlər.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...