PDF Oxu

Dünya

  • 1 456

Yunanıstanın əmək bazarı iqtisadi böhranın təsirindən xilas ola bilmir

Yunanıstanın əmək bazarı iqtisadi böhranın təsirindən xilas ola bilmir

"Euronews" kanalının məlumatına görə, ölkədə böhran illərində bir milyondan artıq iş yeri bağlanmışdır. İşsizliyin faiz göstəricisi 27 faiz ətrafında dəyişsə də, gələn il 28 faizdən az olmayacağı proqnozlaşdırılır.

Ümumilikdə Avropada işsizliklə bağlı vəziyyət qənaətbəxş hesab edilmir. Avropa komissiyasının hesabatına görə Avropa İttifaqında orta hesabla hər dörd gəncdən biri işsizdir. Gənclər arasında işsizliyin ən yüksək olduğu ölkələr Yunanıstan – 55,3 faiz, İspaniya – 53,2 faiz və hər birində 35 faizdən çox olmaqla İtaliya və Portuqaliyadır.

Fransanın "Courrierinternational" jurnalının araşdırmasına görə, Qərb ölkələrində 2007-ci ildən bu günədək gənclər arasında işsizlik 30 faiz artmışdır. Hazırda Avropada 26 milyondan çox gənc işsizdir. Almaniyanın kansler Angela Merkel də gənclər arasında işsizliyin Avropanın 1 nömrəli problemi olduğunu etiraf etmişdir.

AzərTAc

Digər xəbərlər