Misirin Səhiyyə Nazirliyi ordunun nümayişçilərə hücumu nəticəsində ölənlərin sayının 578-ə çatdığını, yaralıların isə 4 201 olduğunu açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirliyin məlumatında təkcə Rabiatül Ədəviyyə meydanında 228 nəfərin həlak olduğu, 1056 nəfərin isə yaralandığı qeyd olunub. Hadisələrdə Nahda meydanında və Qahirə Universitetinin ətrafında 90 nəfərin öldüyü, 613 nəfərin isə yaralandığı, digər ərazilərdəki ölü sayı 260, yaralı sayının isə 2 532 nəfər olduğu bildirilib.Həmçinin məlumatda yaralananlardan 1 467 nəfərin müalicədən sonar evə buraxıldığı da açıqlanıb.Qeyd edək ki, Azadlıq və Ədalət Partiyasının sözçüsü Murad Ali ötən gün ölkə daxilində baş verən qarşıdurmalarda ölənlərin 1000 nəfərdən çox olduğunu, yaralıların sayının 10 mini keçdiyini bildirib. "Müsəlman Qardaşları" təşkilatının məlumatına görə isə hadisələrdə 2 600 nəfər ölüb, 7 000-dən çox yaralı var.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...