Florida ştatı Nümayəndələr Palatasının üzvü Defni Kempbel Xocalı soyqırımının tanınması barədə qətnamə imzalayıb. Sənəddə Ermənistanın Azərbaycana təcavüzündən, onun Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətindən və Xocalıda dinc əhalinin erməni silahlı qüvvələri tərəfindən kütləvi surətdə qətlə yetirilməsindən bəhs olunur.
Qətnamədə Ermənistan silahlı dəstələri tərəfindən 613 azərbaycanlının öldürülməsi faktları göstərilir, BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və Azərbaycan ərazisinin 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunması faktını təsdiqləyən dörd qətnaməsinə Ermənistanın qətiyyən məhəl qoymadığı bildirilir.
Florida ştatı Nümayəndələr Palatasının üzvü öz qətnaməsi ilə ştatın parlamentini 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin törətdikləri Xocalı qətliamının günahsız qurbanlarının xatirəsini yad etməyə çağırır. Defni Kempbel 2010-cu ildən ABŞ-ın Demokrat Partiyasından ştatın 108-ci seçki dairəsini təmsil edir.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...