Misirdə mövcud olan Müsəlman Qardaşlar Təşkilatının Rəhbərlik Şurasının sədri Məhəmməd Badi (70) həbs olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə daxili işlər naziri Məhəmməd İbrahim, "Al Masry Al Youm" qəzetinə verdiyi müsahibəsində məlumat verib. O, Badienin gecə saatlarında, Nəsr şəhərində yerləşən evində həbs olunduğunu bildirib. Məhəmməd Badinin həbs olunduğu zaman çəkilən fotoşəkli DİN rəhbərinin Facebook səhifəsində nümayiş olunub.
Qeyd edək ki, Məhəmməd Badi, 8 İyul tarixində, Respublika Gözətçiləri qərargahının qarşısında səhər namazı qılan nümayişçilərə əsgərlərin atəş açması zamanı xalqı "şiddətə təşviq etmək" də günahlandırılıb. Onun 25 Avqustda məhkəməyə çıxarılacağı deyilir.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...