PDF Oxu

Dünya

  • 2 033

Əfqanıstanda terrorçulara qarşı əməliyyat keçirilib

Əfqanıstanda terrorçulara qarşı əməliyyat keçirilib

Dünən Əfqanıstanın xüsusi xidmət orqanları ölkədə fəaliyyət göstərən Beynəlxalq koalisiya qüvvələri ilə keçirdiyi birgə əməliyyat nəticəsində "Taliban" hərəkatının 30-dan çox üzvünü məhv edib. Bu barədə SİA İnterfaks agentliyinə istinadən xəbər verir. Kunar, Laqman, Bağlan, Qəndəhar, Uruzqan, Vardak, Lohar və Qəzni əyalətlərinin terrorçulardan təmizlənməsi prosesinə avqustun 20-dən başlanıb.Əməliyyat zamanı xeyli silah-sursat və partlayıcı qurğular aşkar edilərək götürülüb. Hazırda Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində Beynəlxalq koalisiya qüvvələrinin 100 min üzvü iştirak edir ki, onların 68 min nəfəri amerikalıdır.

sia.az

Digər xəbərlər