PDF Oxu

Dünya

  • 1 928

Tbilisidə “Sakartvelos Bank”ın filialı qarət edilmişdir

Tbilisidə “Sakartvelos Bank”ın filialı qarət edilmişdir

"Sakartvelos Bank"ın ("Gürcüstan Bankı") Tbilisi şəhərinin Saburtalo rayonundakı filialına silahlı basqın olunmuşdur.

Bankın mətbuat xidmətinin rəhbəri Sofo Balavadzenin verdiyi məlumata görə, bir nəfər silahlı banka daxil olmuşdur. O, əməkdaşları odlu silahla hədələyərək pulu götürüb hadisə yerini tərk etmişdir.

Aparılan pulun məbləği hələlik müəyyən deyildir.

Hadisə ilə əlaqədar cinayət işi açılmışdır, araşdırma aparılır.

AzərTAc

Digər xəbərlər