PDF Oxu

Dünya

  • 1 755

“Anglo-American Platinum” şirkəti 7 min işçisini ixtisar edəcəkdir

“Anglo-American Platinum” şirkəti 7 min işçisini ixtisar edəcəkdir

Dünyanın ən böyük platin istehsalçısı olan "Anglo-American Platinum" şirkəti Cənubi Afrikada 7 min işçisini ixtisar edəcəkdir.

"Euronews" kanalının məlumatına görə, ixtisarlar şirkətə ildə 400 milyon ABŞ dolları həcmində vəsaitə qənaət etməyə imkan verəcəkdir.

Mədən İşçilərinin Həmkarlar İttifaqı ixtisarlara etiraz edəcəyini və lazım gələrsə nümayiş keçirəcəklərini bəyan etmişdir. Onlar bu rəqəmin qəbuledilməz olduğunu bildirmişlər.

Həmkarlar İttifaqının açıqlamasına görə, şirkətin bu qərarı həmkarlar ittifaqları ilə əldə olunmuş razılaşmaya ziddir. Onlar 3 min iş yerinin ixtisarı ilə bağlı razılığa gəldiklərini iddia etmişlər.

AzərTAc

Digər xəbərlər