PDF Oxu

Dünya

  • 2 045

Hüsnü Mübarək azad edildi, amma...

Hüsnü Mübarək azad edildi, amma...

Misirin keçmiş prezidenti Hüsnü Mübarək iki ildən çox saxlandığı həbsxanadan azad edilib. O, Qahirənin hərbi xəstəxanalarından birində ev dustağı olacaq.Qeyd edək ki, 1981-2011-ci illər ərzində Misiri idarə etmiş 85 yaşlı siyasətçi 2011-ci ilin yanvar inqilabı zamanı nümayişçilərin gülləbaran edilməsində iştirakı barədə qəti hökm çıxarılanadək ev dustağı olacaq. Bu məhkəmə işi hələ bağlanmayıb, dinləmələr avqustun 25-də bərpa ediləcək.Xatırladaq ki, H.Mübarəkə qarşı bir neçə bənd ittiham irəli sürülüb və 2012-ci ildə o, törətdiyi bütün cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilib. Lakin Apellyasiya Məhkəməsi prosedur pozuntularla əlaqədar işə təkrar baxılması barədə tələbi yerinə yetirib.H.Mübarək 2011-ci ilin fevralında dövlət çevrilişinə gətirib çıxarmış kütləvi etiraz aksiyalarından sonra istefa verib. O, təqribən 30 il – 1981-ci ilin oktyabrından 2011-ci ilin fevralınadək bu ərəb dövlətinə başçılıq edib.

sia.az

Digər xəbərlər