PDF Oxu

Dünya

  • 2 032

Portuqaliyada güclü yanğınlar 31 min hektar meşə sahəsini məhv etmişdir

Portuqaliyada güclü yanğınlar 31 min hektar meşə sahəsini məhv etmişdir

Portuqaliyanın şimalında baş verən güclü yanğınlar 31 min hektar meşə sahəsini məhv etmişdir. Davam etməkdə olan yanğınları söndürmək üçün mindən artıq yanğınsöndürən və texnika səfərbər edilmişdir. Fransız yanğınsöndürənləri də yanğının qarşısını almağa cəlb olunmuşlar. Fransanın bir neçə suçiləyici helikopteri yanğının söndürülməsində iştirak edir. Yanğınla mübarizədə iki yanğınsöndürən həlak olmuş, altısı isə yaralanmışdır. Yanğına yaxın yerlərdən 3 min insan təhlükəsiz yerlərə köçürülmüşdür.

Ölkə rəsmləri yanğının istirahət edənlərin ehtiyatsız hərəkəti üzündən baş verdiyini və bu işdə müqəssir bilinən 11 nəfərin həbs edildiyini bəyan etmişdir.

Yanğının qarşısını almaq hələlik mümkün olmamışdır.

AzərTAc

Digər xəbərlər