PDF Oxu

Dünya

  • 2 143

Tokionun yaxınlığında 4,7 bal gücündə zəlzələ baş vermişdir

Tokionun yaxınlığında 4,7 bal gücündə zəlzələ baş vermişdir

Avqustun 25-də yerli vaxtla saat 22:25 dəqiqədə Hönsü adasının şimal-şərqində, Tokionun yaxınlığında 4,7 bal gücündə zəlzələ baş vermişdir.

Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumatda deyilir ki, zəlzələnin episentri Yokohama prefekturasında, 90 kilometr dərinlikdə yerləşmişdir.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmamışdır.

Yeraltı təkanlar Hönsü adasının şimal-şərqində yerləşən 5 prefekturada, o cümlədən Tokioda hiss olunmuşdur.

AzərTAc

Digər xəbərlər