Yaponiya özünümüdafiə qüvvələrinin quru qoşunları avqustun 25-də Fuci dağının ətəklərində dolu mərmilərdən istifadə etməklə növbəti böyük hərbi təlimlər keçirmişlər.
Təlimlərin ssenarisi Yaponiyanın uzaq adalarından birinə düşmən hücumu üzərində qurulmuşdur.
Təlimlərdə 90-dək tank, digər hərbi nəqliyyat vasitələri, həmçinin tank əleyhinə vertolyotlardan istifadə edilmişdir.
Ssenariyə uyğun olaraq, quru, dəniz və hava qüvvələri birlikdə Yaponiyanın uzaq adalarından birinə hücumun qarşısını almağa çalışmışlar.
Hazırda Yaponiya Müdafiə Nazirliyi tərəfindən ölkənin müdafiə qüdrətinin artırılması məqsədilə xüsusi məruzə hazırlanır. Sənəddə uzaq adaların müdafiəsi məsələsinə xüsusi diqqət yetiriləcəyi bildirilir.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...