Ötən gecə Suriyada Əsəd rejiminin müxaliflərə qarşı təşkil etdiyi hücumlarda 102 nəfər ölüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqqları Təşkilatı (SNHR) məlumat yayıb. Məlumata əsasən, rejimin göstərişi ilə Əsəd əlehdarlarına qarşı hərbi hava qüvvələrindən edilən hücumlarda paytaxt Dəməşqdə 55, Hələbdə 14, Derada 10, İdlib və Həmadae 16, Həmassa 5 və Deyruz Zor şəhərində 2 nəfər olmaqla 102 suriyalı qətlə yetirilib.Təşkilat bildirib ki, ölənlərin 10-u uşaq 6-sı isə qadın olub.Suriya Yerli Koordinasiya Komitəsi isə rejim ordusunun dağılması barədə məlumat yayıb. Məlumatda bildirilib ki, ötən gecə baş verənlərdən sonra 17-ci diviziyanın 55 zabiti ordudan ayrılaraq müxaliflərə qoşulub. Nəticədə isə müxaliflər 55 əsgərin silah-sursatından istifadə edərək rejimə qarşı mübarizəyə başlayıb.Hazırda Əsəd ordusu ilə əlehdarlar arasında qarşıdurmalar davam edir.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...