BMT-nin Ali Mühacirlər Şurası Suriyadan qaçaraq sığınacaq axtaranların sayının 2 milyondan çox olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, üç ildir Suriyada baş verən hadisələr nəticəsində insanlar yalnız geyimləri ilə ölkəni tərk etməyə çalışırlar. Məlumata görə, ötən il sığınacaq axtaranların sayı 230 671 nəfər idisə, son bir il ərzində bu rəqəm 1,8 milyon təşkil edib.BMT-nin ali mühacirlər komissarı Antonio Guterres jurnalistlərə açıqlamasında bildirib ki, Suriya XXI əsrin ən böyük faciəsi olub: "Təsəllimiz isə sığınacaq axtaran insanların qonşu respublikalar tərəfindən qəbul edilmələri olub. Hərçənd ki, bu həmin ölkələrin iqtisadiyyatına və cəmiyyətinə mənfi təsir edir. Lakin biz bir daha şahid olduq ki, insanlıq hələ "ölməyib" ".
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...