PDF Oxu

Dünya

  • 2 294

Hücumlarda 67 suriyalı ölüb

Hücumlarda 67 suriyalı ölüb

Ötən gecə Suriyada Əsəd rejiminin müxaliflərə qarşı təşkil etdiyi hücumlarda 67 nəfər ölüb, çox sayda insan yaralanıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) hərbi hava qüvvələrinin və daxili qoşunların müxaliflərə açdığı atəş nəticəsində paytaxt Dəməşqdə və Hələbdə 32, Rakkada 8, Küneytra və İdlibdə 12, Deyruz Zorda 5, Haseki və Humusda 6 nəfər, Dera və Həmda 4 nəfər olmaqla 67 suriyalının həlak olduğunu açıqlayıb. Məlumata görə, ölənlərin arasında 11 uşaq və 10 qadın olub.Müxaliflərin sıx yaşadıqları yerlərə atılan raket mərmiləri nəticəsində çox sayda insan yaralanıb. Yaralılar səhra xəstəxanalarına yerləşdirilib.

sia.az

Digər xəbərlər