PDF Oxu

Dünya

  • 2 290

Mühəndislər Yunanıstanı tərk edirlər

Mühəndislər Yunanıstanı tərk edirlər

İqtisadi böhran keçirən Yunanıstanın tikinti sektoru mühəndis çatışmazlığından əziyyət çəkir.

"Greekreporter.com" saytının məlumatına görə, son üç ildə 3 min mühəndis ölkəni tərk etmişdir. Onlar əsasən tikinti sektorunun inkişaf etdiyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya və Şərqi Avropa ölkələrinə üz tuturlar. Mühəndislərin ölkəni tərk etməsinin səbəbi maaşların yarıbayarı azaldılmasıdır. Hazırda ölkənin tikinti sektorunda durğunluq hökm sürür.

AzərTAc

Digər xəbərlər