PDF Oxu

Dünya

  • 2 820

Qazaxıstan ilə Çin arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Qazaxıstan ilə Çin arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Szinpin Qazaxıstana səfəri çərçivəsində bu ölkənin Prezidenti Nursultan Nazarbayev ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi, terrorizm, ekstremizm və separatizm kimi hallara qarşı birgə mübarizə məsələləri müzakirə edilmişdir.

Qazaxıstan Prezidenti demişdir: Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 25 milyard ABŞ dollarına çatsa da, bu son hədd deyil və biz yaxın gələcəkdə bu rəqəmi 40 milyard dollara çatdırmaq niyyətindəyik. Çin Qazaxıstan iqtisadiyyatına 20 milyard dollar həcmində investisiya qoymuşdur ki, bu da iqtisadiyyatımıza qoyulan ümumi sərmayənin üçdə birini təşkil edir.

Si Szinpin qeyd etmişdir ki, ÇXR Qazaxıstandakı Kaşağan neft yatağının işlənməsində iştirak edəcək və bu, hər iki ölkəyə böyük fayda gətirəcəkdir.

Görüşün yekununda neft emalı, kənd təsərrüfatı, tikinti, nəqliyyat və kommunikasiya, təhsil və digər sahələri əhatə edən 22 müqavilə və saziş imzalanmışdır.

AzərTAc

Digər xəbərlər