PDF Oxu

Dünya

  • 2 245

Qvatemalada avtomobil qəzası nəticəsində 43 nəfər həlak olmuşdur

Qvatemalada avtomobil qəzası nəticəsində 43 nəfər həlak olmuşdur

Qvatemalanın şərqində Çimaltenanqo departamentində baş vermiş avtomobil qəzası nəticəsində 43 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.

Yerli hakimiyyət orqanları nümayəndələrinin məlumatına görə, sərnişinlə ağzına kimi dolu avtobus idarəetməni itirmiş və uçuruma yuvarlanmışdır. Ölənlər arasında bir neçə uşaq da vardır.

Qəza nəticəsində zərər çəkənlər xəstəxanaya çatdırılmışlar. Onlardan bəziləri ağır vəziyyətdədirlər.

İlkin məlumata görə, qəzanın səbəbi avtobusun həddindən artıq yüklənməsi olmuşdur. Magistralın çətin keçilən hissələrindən birində avtobusun əyləcləri sıradan çıxmışdır.

Nəticədə avtobus sürüşərək şose yolun kənarındakı 75 metr dərinliyində uçuruma aşmışdır.

AzərTAc

Digər xəbərlər