PDF Oxu

Dünya

  • 2 392

Çexiya Suriya qaçqınlarına əlavə yardım ayırır

Çexiya Suriya qaçqınlarına əlavə yardım ayırır

Çex Respublikası İordaniyaya gəlmiş suriyalı qaçqınlara daha dörd milyon kron (təxminən 156 min avro) yardım ayıracaqdır. Bu barədə qərarı Zatari düşərgəsindəki suriyalı qaçqınların vəziyyəti barədə onu məlumatlandırmış Çeşskobratsk Yevangelist kilsəsinin və Çexiyanın "Caritas" katolik xeyriyyə cəmiyyətinin nümayəndələri ilə birgə bazar ertəsi günü qaçqınların vəziyyətini müzakirə edən istefada olan xarici işlər naziri Yan Koqout vermişdir.

Bu il Çexiyanın Xarici İşlər Nazirliyi Suriyanın mülki əhalisinin və qonşu ölkələrdən qaçqınların ehtiyacları üçün öz büdcəsindən təxminən 23 milyon kron ayırmışdır. Praqa yaralı suriyalıların müalicəsinə də kömək edir.

AzərTAc

Digər xəbərlər