Roma papası Fransis sentyabrın 10-da yeni təkliflə çıxış etmişdir. Papa bildirmişdir ki, Romada boş olan katolik kilsələr qaçqınlar üçün sığınacaq rolunu oynaya bilər.
Dünyanın bürüyən maliyyə böhranı nəticəsində bəzi dini binalardan otel kimi istifadə edilmənin əleyhinə olan pontifik bəyan etmişdir ki, boş monastırlar onu saxlamaq adı altında pul qazanmaq mənbəyinə çevrilmişdir. Bu binalar İsa peyğəmbər kimi qaçqın düşən insanların da evidir.
Papa bu fikirləri İtaliyanın Astelli mərkəzində sığınacaq axtaran qaçqınlarla, o cümlədən Suriyada gedən müharibədən qaçaraq bu ölkəyə pənah gətirən ailələrlə görüşündə səsləndirmişdir.
İnkişaf etmiş ölkələrdə həmrəylik sözünün insanları qorxutduğunu diqqətə çatdıran pontifik kasıb ailələrə yardım göstərilməsinin təkcə mütəxəssislərin deyil, bütün insanların ümumi işi olduğunu bəyan etmişdir.
Katolik kilsələrin başçısı hər il on minlərlə insanın gizli şəkildə gəldiyi Lampeduza adasına da baş çəkmişdir. Orada müvəqqəti məskunlaşan qaçqınlara görüşündə Avropada yaxşı həyat axtarmaq naminə Aralıq dənizini keçməyə cəhd edərkən həlak olan insanların da taleyinə biganə qalmağı qətiyyətlə pisləmişdir.
AzərTAc
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...