PDF Oxu

Dünya

  • 2 307

Fransanı izdihamlı tətil dalğası bürümüşdür

Fransanı izdihamlı tətil dalğası bürümüşdür

Sentyabrın 10-da Fransanın müxtəlif şəhərlərində etiraz nümayişləri keçirilmişdir.

Fransanın iri beş həmkarlar təşkilatının çağırışı ilə təşkil olunan aksiyaya hökumətin təqaüdlə bağlı yaş həddinin müəyyən edilməsinə dair yeni qanun layihəsinin hazırlanması səbəb olmuşdur.

Təşkilat komitəsinin məlumatına görə, nümayişlərə Parisdə 50, Marseldə 50, Tuluzda 20, Bordoda 15, Lionda 10 min adam qoşulmuşdur. Ümumilikdə isə 370 min nəfərin nümayişdə iştirak etdiyi bildirilir.

Nümayişçilər ölkədə işsizlərin sayını azaltmaq məqsədilə hökumətin 2035-ci ilə qədər təqaüdə çıxmaqla bağlı yaş həddinin tədricən 43-ə endirilməsi barədə islahatlarına qəti etiraz etmişlər.

Təqaüdə çıxma həddinin 43 yaşa endirilməsi işçinin gələcəkdə təqaüdlə bağlı alacağı vəsaitə ciddi təsir göstərəcəkdir.

Hazırda 65 yaşında təqaüdə çıxanlar əmək stajına görə daha çox pul alırlar.

AzərTAc

Digər xəbərlər