PDF Oxu

Dünya

  • 2 684

ABŞ Ermənistanı sərt şəkildə qınadı

ABŞ Ermənistanı sərt şəkildə qınadı

ABŞ-ın Ermənistandakı səfirliyi sözügedən ölkədə vətəndaşlara qarşı zor tətbiq edilməməsi barədə bəyanat verib.SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bəyanatda, ABŞ vətəndaşlarının da daxil olduğu fəallara qarşı törədilən hücum qətiyyətlə pislənib.Sözügedən ölkədə yerləşən ABŞ səfirliyi Ermənistan hökumətindən baş vermiş hücumu qınamasını və cinayyəti törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını tələb edib. Onlar Ermənistan hökumətindən öz vətəndaşlarına qarşı demokratik olmağı, o cümlədən onlara sərbəst toplaşmaq hüququnun verilməsini tələb edib. Səlahiyyətlinin sözlərinə görə, vətəndaşların tapdalanmış söz azadlığı, və fundamental hüquqları bərpa edilməlidir.Qeyd edək ki, Sentyabrın 5- də baş vermiş hadisə nəticəsində iki vətəndaş ağır şəkildə döyülüb. Onların vəziyyəti ağır olduğundan dərhal xəstəxanaya yerləşdirilib. Yerləşdirilənlərdən birinin vəziyyəti qənaətbəxş olmadığından, həkimlər tərəfindən cərrahiyyə şöbəsinə yerləşdirilərək, əməliyyat olunub.

sia.az

Digər xəbərlər