Türkiyə HHQ-nin təyyarələri Türkiyənin hava məkanını pozan, Suriya helikopterini vurublar. Bu barədə ölkənin baş nazirinin müavini Bülənt Arınç bazar ertəsi mətbuat konfransında bildirib."Sərhədi pozmuş "Mİ-17" tipli Suriya helikopteri 14.25-də Malatyanın hərbi bazasından qalxan təyyarənin raketlərilə vurulub", - Arınç deyib.Baş nazirin müavinin sözlərinə görə, Türkiyə hərbçiləri pilotları ölkənin hava məkanını tərk etməsi barədə bir neçə dəfə xəbərdarlıq ediblər."İndiyədək ekipaj barədə məlumat əldə etmək mümkün olmayıb, çünki helikopter Suriyaya tabe olan əraziyə düşüb", - Arınç deyib.Bundan əvvəl xəbər verildiyi kimi, Hatay əyalətinin yaxınlığında Suriya-Türkiyə sərhədində azad Suriya ordusu tərəfindən vurulmuş Suriyanın Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi düşüb.Bildirilir ki, pilotlar təyyarəni tərk edə biliblər, lakin azad Suriya ordusunun əsgərləri tərəfindən vurulublar.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...