PDF Oxu

Dünya

  • 2 721

Çində dünyanın ən hündür aeroportu istifadəyə verilmişdir

Çində dünyanın ən hündür aeroportu istifadəyə verilmişdir

Çin Xalq Respublikasının Sıçuan əyalətinin Daoçenq şəhərində dünyada ən hündürdə yerləşən mülki hava limanı istifadəyə verilmişdir.

Dəniz səviyyəsindən 4411 metr hündürlükdə yerləşən bu aeroportdan ilkin olaraq əyalətin paytaxtı Çendu şəhərinə uçuşlar həyata keçiriləcəkdir. Qeyd edək ki, bundan əvvəl, şəhər sakinləri və ətraf ərazidə yaşayanlar Çendu şəhərinə çatmaq üçün avtobusla 2 sutka yol qət etməli idilər. İndi sərnişinlər hava nəqliyyatı ilə 65 dəqiqəyə Çendu şəhərinə çatacaqlar.

İki ilə hazır olan aeroportun inşasına 255 milyon ABŞ dolları sərf olunmuşdur.

AzərTAc

Digər xəbərlər