PDF Oxu

Dünya

  • 2 255

Avropa Komissiyası sədri Fransada daha ambisiyalı islahatların keçirilməsini istəyir

Avropa Komissiyası sədri Fransada daha ambisiyalı islahatların keçirilməsini istəyir

Avropa Komissiyasının sədri Joze Manuel Barrozu "Avropa-1" radiosuna müsahibəsində Fransa hökuməti tərəfindən həyata keçirilən islahatların düzgün istiqamət aldığını demiş və bu islahatların daha ambisiyalı olmasını, pensiya sisteminin balanslaşdırılması üçün rüsumun artırılması istiqamətində Fransanın başqa bir yol seçməsini arzuladığını bildirmişdir.

Fransa hökumətinin dövlət büdcəsinin Komissiya üçün "ümidsizlik" doğurduğunu diqqətə çatdıran sədr büdcə defisitini rəhbərlik etdiyi qurum tərəfindən tövsiyə edilən göstəricidən aşağı olmasından təəssüfləndiyini, bu məsələnin Komissiya və Avropa İttifaqının üzv ölkələri ilə razılaşdırılmasının vacibliyini vurğulamışdır. Joze Manuel Barrozu, buna baxmayaraq Fransa iqtisadiyyatının inkişafında müsbət elementləri yüksək qiymətləndirmişdir.

Komissiya sədri Fransada çox yüksək səviyyədə olan vergi rüsumunun ölkədə işsizlik səviyyəsi ilə mübarizəyə imkan verəcəyinə əminliyini bəyan etmişdir.

Sonda sədr demişdir ki, Fransa hökuməti ölkədə bütünlükdə rəqabətin, xüsusilə biznesin yüksəlməsinə diqqəti artırmalıdır.

AzərTAc

Digər xəbərlər