Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyi oktyabrın 9-da ölkəmizdə keçiriləcək prezident seçkiləri haqqında Çin ictimaiyyətinin məlumatlandırılması istiqamətində işini davam etdirir.Səfirlik seçkilər haqqında press-reliz hazırlayaraq Çin kütləvi informasiya vasitələrinə, o cümlədən Sinxua agentliyinə, "Jenmin Jibao" qəzetinə, rus dilində nəşr olunan "Kitay" jurnalına, habelə ölkənin Xarici İşlər Nazirliyinə göndərib. Bu məlumat əsasında Sinxua agentliyinin və "Jenmin Jibao" qəzetinin saytında sözügedən mövzu haqqında xəbər yerləşdirilib."Azərbaycanda seçkiqabağı kampaniya başlamışdır" sərlövhəli məqalədə Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə qanunvericiliyinə uyğun olaraq başlatdığı seçki prosesi, namizədlərin qeydiyyatı, təbliğat prosesi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, artıq namizədlərin qeydiyyatı başa çatıb. Qeydə alınmış namizədlərin təşviqat kampaniyalarını aparmaları üçün İctimai Televiziyada pulsuz efir vaxtı ayrılıb, rəsmi qəzetlərin səhifələrində çıxış etmək imkanı qazanıblar.Məqalədə qeyd olunmuşdur ki, Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyaları keçirilib. Sessiyaların məqsədi yerli icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi haqqında fikir mübadiləsi aparmaqdır. Bundan başqa, MSK Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamlarının icrası ilə əlaqədar regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirir.Çin mətbuatı yazır ki, artıq müşahidə missiyalarının Azərbaycana səfərləri başlamış, dairə və məntəqə seçki komissiyalarının fəaliyyəti ilə tanış olublar. Azərbaycan hökuməti seçkiləri müşahidə etmək üçün BMT, ATƏT, MDB, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Milli Məclis isə öz növbəsində Avropa Şurasının və ATƏT-in Parlament Assambleyasına dəvət göndərib. Ümumilikdə, seçkiləri 3 min beynəlxalq və bir çox yerli müşahidəçinin izləyəcəyi nəzərdə tutulur.Məqalədə Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də seçkilərin azad və şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığı qeyd olunur.Azərbaycanın Çindəki səfirliyinin müşaviri Mətin Mirzə bildirib ki, səfirlik Çin ictimaiyyətinin ölkəmizdə keçiriləcək prezident seçkiləri haqqında məlumatlandırılması işini davam etdirəcək.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...