Xaçmaz rayonu ərazisində minik avtomobili çaya düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 22-də Xaçmaz rayonunda Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində VAZ markalı minik avtomobili körpüdən çaya aşıb.Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü, 1968-ci il təvəllüdlü Səlimov İlqar Aləmşah oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən İ. Səlimovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...