Azərbaycanın Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə 2014-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib.Nazirlər Kabinetinin yaydığı məlumata görə, iclası giriş sözü ilə açan A.Rasi-zadə vurğulayıb ki, dövlət büdcəsi layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər və dünya iqtisadiyyatında müşahidə olunan meyillər nəzərə alınmaqla tərtib edilib.Layihə hazırlanarkən xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkəmizin müdafiə qüdrətinin artırılması, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin edilməsi, habelə dövlət büdcəsinin sosial və investisiya yönümlü olması məsələlərinə xüsusi diqqət yetirilib.Büdcə layihəsi ətrafında geniş müzakirələrdən sonra "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Prezidentinə təqdim edilməsi barədə müvafiq qərar qəbul olunub.Nyu-Yorkun hava məkanına yaxınlaşan 3 təyyarənin qarşısı kəsilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Hərbi-Hava Qüvvələrinin qırıcıları tərəfindən ələ keçirilən yüngül mühərrikli təyyarələrin pilotları qapalı hava məkanına daxil olmaq cəhdləri ilə bağlı sorğu-sual ediləcək. İlkin məlumata görə, pilotların hərəkətində terror məqsədi olmayıb.Qeyd edək ki, Nyu-Yorkun hava məkanı BMT Baş Assambleyasının iclası və prezident Barak Obamanın səfəri məqsədilə qapalı elan olunub.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...