Dünya

  • 2 665

ABŞ İranın təşəbbüsünü təqdir edir

image

ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasına müraciətində bəyan edib ki, İranın nüvə proqramına dair bu yaxınlardakı təşəbbüsü ABŞ və İran arasında qarşılıqlı hörmət əsasında münasibətlər yarada bilər.Obama bildirib ki, İran Ali liderinin nüvə silahının inkişafının qarşısının alınması barədə fərmanı və İranın yeni prezidentinin ölkəsinin heç vaxt nüvə silahının hazırlanmaması barədə bəyanatı ciddi irəliləyişlərin olmasını göstərir: "Biz İran xalqının hüquqlarına hörmət edən, bununla yanaşı İran proqramının sülh xarakterinin daşıması dünyaya əminlik verən qətnamənı qəbul etmək vəziyyətində olmalıyıq".Obama qeyd edib ki, o, və dövlət katibi Con Kerri İran hökuməti ilə sazişə nail olmaq üçün Avropa ölkələri, Rusiya və Çinlə sıx əməkdaşlıq edir: "Maneələr çox ola bilər, lakin mən qəti inanıram ki, lazımdır diplomatik yolla həll etməyi çalışmaq".Ruhaninin Birləşmiş Millətlər Təşkilatına səfəri bütün dünya tərəfindən diqqətlə izlənilir. O, bəyan edib ki, İranın nüvə proqramına dair saziş bağlamaq hüququna malikdir.

sia.az

Digər xəbərlər