Suriyada Əsəd ordusunun ölkənin bir sıra şəhərlərində müxaliflərə qarşı həyata keçirdiyi əməliyyatlarda 4-ü uşaq, 8-i qadın olmaqla 72 nəfər həlak olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) tərəfindən verilən məlumata əsasən, rejimin rəhbərlik əleyhdarlarının olduğu bölgələrə raket və təyyarələrlə etdiyi hücumlarda paytaxt Dəməşqdə 13, Derada 26, Həmada 4, Həmasda 3, Rakkada 2, Hələbdə 7, İdlibdə 9 və Deyruz Zorda 5 nəfər olmaqla 72 suriyalı ölüb.Həlak olanların arasında Azad Suriya Ordusunun (OSO) 31 üzvünün də olduğu qeyd edilən məlumatda, əməliyyatlar əsnasında təsadüfi açılan atəş nəticəsində çox sayda insanın yaralandığı bildirilib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...