Böyük Britaniyanın Derbi şəhərində yerləşən müsəlman məktəbi bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məktəbdə aparılan yoxlama zamanı burada şəriət qaydalarının həddindən artıq ciddi tətbiq olunduğu aşkarlanıb. Yoxlamaya məktəbin keçmiş əməkdaşlarının dövlət qurumlarına etdiyi şikayətlər səbəb olub. Şikayət ərizələrində qeyd olunub ki, dini etiqadından asılı olmayaraq bütün müəllimələrdən məktəbə hicabla gəlməsi tələb olunub. Bundan başqa, məktəbdə tətbiq edilən qaydalara görə, qızlardan sinfə daxil olduqda arxa cərgələrdə oturmaları tələb olunub. Məktəb rəhbərliyinin açıqlamasında təhsil müəssisəsinin sağlamlıq və təhlükəsizlik səbəblərindən bağlandığı bildirilir. Rəhbərlik məktəbin yaxın zamanda açılmasına ümidvar olduğunu bildirib.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...