İraqda oktyabrın 5-də törədilən bir neçə terror aktları nəticəsində ölənlərin sayı 60-a çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə polisin açıqlamasında bildirilir. Birinci partlayış Balad şəhərində qeydə alınıb. Terrorçu-kamikadze kafeyə daxil olaraq özünü partladıb, nəticədə 12 nəfər ölüb.Qeyd edək ki, avqustun 12-də bu kafedə törədilən parlayış nəticəsində 24 nəfər ölüb. Bundan başqa, Bağdadda nəzarət-buraxılış məntəqəsində törədilən partlayış nəticəsində daha 48 nəfər ölüb. Daha bir qanlı hadisə Mosul şəhərində baş verib. İraqın "Əş-Şərkiyə" telekanalının çəkiliş qrupunun atəşə tutulması nəticəsində müxbir və operator ölüb.
sia.az
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...