PDF Oxu

Dünya

  • 34 866

Abdulla Yamin Maldiv Respublikasının yeni prezidenti olub

image

Maldiv Respublikasında keçirilən prezident seçkilərinin ikinci turunun qalibi sabitlik və demokratiya naminə işləyəcəyini vəd edib.Seçici səslərinin təqribən 51,5 faizini toplayan Milli Alyansın lideri və banisi Abdulla Yamin noyabrın 17-də and içib.A.Yamin 30 il ölkəyə rəhbərlik etmiş Mömün Abdul Qayumun qohumudur.Qalibin əsas rəqibi, sabiq prezident və müxalifətin lideri Məhəmməd Naşid seçkiqabağı kampaniyanın favoriti olmasına baxmayaraq, 48,5 faiz səs toplayıb.M.Naşid nəticələr elan olunduqdan dərhal sonra məğlubiyyətini qəbul edib.Cəmi 336 min əhalisi olan Maldiv Respublikasında prezident seçkiləri sentyabrın 7-də keçirilib. Lakin Maldiv Ali Məhkəməsi oktyabrın 19-da səsvermənin nəticələrini ləğv edib, çünki 5,5 min bülleten yararsız sayılıb. Birinci turu ikinci dəfə keçirmək lazım gəlib.Maldivdə prezident birbaşa ümumi səsvermə yolu ilə 5 il müddətinə seçilir.Maldiv Respublikası Hind okeanının 1190-dan çox adanı əhatə edən şimal-qərb hissəsində arxipelaqdır. Həmin adaların 280-i məskundur.Bu barədə məlumatı "Euronews" telekanalı yayıb.

sia.az

Digər xəbərlər

Özbəkistanda rus dili müəllimlərinə ehtiyac var

Cari tədris ilində mövcud proqramlar çərçivəsində rus dili müəllimlərinin sayı təxminən 200 nəfərə çatıb…

Kreml Solovyovu sıfırlayır..?

Ən yaxşı təbliğatçı qəpiksiz qalacaq...

“Bu, bütün dünya üçün bir nümayişdir...”

Britaniyalı jurnalist Avropanı Rusiyadan qorumaq üçün NATO təlimlərində iştirak edib...

Astana niyə giriş icazələri tətbiq edir?

“Rəsmilər əminliklə deyə bilərlər ki, rusların və Putinin bununla heç bir əlaqəsi yoxdur...”

Britaniya Rusiyanın “kölgə donanmasına” qarşı təlimlər keçirib

Manevrlərdə xüsusi əməliyyat qüvvələrinin dəniz qrupundan yüzlərlə hərbçi iştirak edib...