PDF Oxu

Dünya

  • 37 209

Tokioda “Yaponiya-Azərbaycan enerji dostluğu” adlı tədbir keçirilib

image

Tokioda Yaponiyanın "INPEX" şirkətinin təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə "Yaponiya-Azərbaycan enerji dostluğu" adlı tədbir keçirilib.Ənənəvi olaraq hər il təşkil olunan tədbirdə şirkətin rəhbər heyəti və Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşları ilə yanaşı, Yaponiya Nazirlər Kabinetinin, İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin rəsmiləri, Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədrliyini həyata keçirən "ITOCHU" şirkətinin rəhbərliyi, Vaseda Universitetinin, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Tədbirdən əvvəl Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və "INPEX" şirkətinin prezidenti Toşiaki Kitamura arasında görüş keçirilib. Görüşdə səfir Azərbaycanın son illər iqtisadi inkişafı haqqında ətraflı məlumat verərək, bütün region üçün əhəmiyyət kəsb edən genişmiqyaslı layihələrdən bəhs edib. Ölkə rəhbərliyinin son illərdə sənayenin müxtəlif sahələrinə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqətini vurğulayan G.İsmayılzadə yapon şirkətlərinin bu istiqamətdə daha fəal iş aparmasının vacibliyini qeyd edib.Azərbaycan-Yaponiya münasibətlərinin cari vəziyyəti haqqında ətraflı məlumat verən səfir 2015-ci il ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb. Azərbaycanın regionda lider ölkəyə çevrilməsi, qlobal çərçivədə etibarlı tərəfdaş kimi çıxış etməsi, habelə iki ölkə arasında münasibətlərin yüksələn xəttlə inkişafını nəzərə alaraq Yaponiya Baş nazirinin Azərbaycana səfərinin vacibliyini bildirən G.İsmayılzadə Yaponiyanın işgüzar dairələrinin səfərin həyata keçirilməsi üçün səylərini artırmasının zərurliyini diqqətə çatdırıb."INPEX" şirkətinin rəhbəri Y.Kitamura iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək Azərbaycanda enerji layihələrində, xüsusilə AÇG neft yatağının istismarında və BTC boru kəmərində uzunmüddətli iştirakda maraqlı olduqlarını deyib. Yaponiya Baş nazirinin ölkəmizə səfəri ilə əlaqədar şirkətin səylərinin artırılması istiqamətində iş aparacağını diqqətə çatdırıb.Sonra səfir G.İsmayılzadə tədbirdə "Azərbaycanın iqtisadiyyatına baxış" mövzusunda təqdimatla çıxış edib. Azərbaycanın son illərdəki iqtisadi artımı, qeyri–neft sektorunun təşviqi, irimiqyaslı layihələr və iki ölkə arasındakı münasibətlər haqqında ətraflı məlumat verib.Tədbirdə iştirak edən Yaponiya Nazirlər Kabinetinin müşaviri Takeo Hirata Azərbaycan-Yaponiya münasibətlərinin son illərdəki inkişafından məmnunluğunu bildirərək ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan danışıb. İdman, təhsil, mədəniyyət və tolerantlıq sahəsində beynəlxalq səviyyədə əhəmiyyətli tədbirlərə ev sahibliyi edən Azərbaycanın "yumşaq gücə" (soft power) çevrildiyini vurğulayıb.

AZƏRTAC

Digər xəbərlər

“Ruslar seçkilərdən dəyişikliklər deyil, yeni problemlər gözləyirlər”

Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...

Atlantic Council: Ermənistan Putindən üz döndərir...

Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...

Zirehli MAUL robotları cəbhə xəttində işləyir

Ukrayna cəbhə xəttindəki ən təhlükəli nöqtələrdən yaralıları xilas etməyin yolunu tapıb...

WSJ: Putin və Tramp xəyalpərəstdirlər

Onlar müharibələrində qalib gələ bilməzlər...

Putin öz qorxusunun girovuna çevrildi...

Əsas təhlükə təkcə Ukraynadan gələ bilməz...

“Əlvida, Tramp”…

Husilər Bab əl-Məndəbi mədən edirlər və ABŞ prezidenti seçkilərdə uduzmağa hazırlaşır…

Müharibədən sonra Putin üç problemlə üzləşəcək

Bunlardan biri Trampın həll edə bilməyəcəyi və ən başlıcası Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarıdır...

Rusiya seçkilərdən sonra kəskin şəkildə dəyişəcək

Putin yeni səfərbərlik dalğası hazırlayır…