ABŞ polisi Hollivudun Los-Anceles bölgəsində vətəndaşı güllələyib. "Səs" qəzeti xəbər verir ki, bu barədə şəhər polisinin Tvitter səhifəsində məlumat yer alıb.
Bildirilib ki, hadisə şənbə günü gecə saatlarında baş verib. Belə ki, polis çağırışa gedərkən başqa bir avtomobil qəfildən onların maşınına çırpılıb. Polislərin qarşısınaa güllə keçirməyən gödəkçə geyinmiş, sağ əlini arxasında saxlayan bir sürücü çıxıb. O, polislərə doğru irəliləyərək "üç, iki, bir" saymağa başlayıb və əlini önə uzadıb. Bu zaman polis naməlum şəxsin hərəkətlərini təhdidedici hesab edərək ona atəş açıb. Kişi yerindəcə ölüb, faktla bağlı araşdırma aparılır.
Məlumatda ölən şəxsin üzərində silah olub-olmadığı qeyd edilməyib.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...