PDF Oxu

Dünya

  • 2 835

Yaponiya Rusiyanın hansı hərəkətlərinə müdaxilə etməyə çalışır? “NİHON KEİDZAY” NƏŞRİ YAZIR

Yaponiya Rusiyanın hansı hərəkətlərinə müdaxilə etməyə çalışır? “NİHON KEİDZAY” NƏŞRİ YAZIR

Yaponiya Rusiyanın Arktikadakı hərəkətlərinə müdaxilə etməlidir. SİA xəbər verir ki, bu fikir Yaponiyanın “Nihon Keidzay” nəşrinin yayımladığı bir məqalədə yer alır.

Məqalə müəllifləri Rusiyanın, şimal dəniz yolu boyunca hərəkət etmək üçün heç vaxt yol verilməməli əlverişli qaydalar yaratmağa çalışdığını iddia edirlər. Rəsmi Moskvanın davranışı məqalədə "aqressiv" adlandırılır.
Jurnalistlər şimal dəniz yolunu "özəlləşdirməyə" Rusiyanın haqqının olmadığını düşünürlər. Müəlliflərə görə, Yaponiyanın bölgədə gedən proseslərdə aktiv iştirak etməsi tələb olunur.

"Dünya, Şimal Buzlu Okeanı kənarındakı hər iki sahil dövlətinin və dəniz yollarının istifadəçilərinin qanuni maraqlarına cavab verən belə bir qanunun aliliyini Arktik məkanda da qurmağa çalışmalıdır", deyə məqalədə bildirilir.

Xatırladaq ki, şimal dəniz yolu Rusiyanın Avropa hissəsi ilə Uzaq Şərq arasında ən qısa dəniz yoludur. Rusiya qanunvericiliyində "Rusiyanın Arktikada tarixən formalaşmış milli vahid nəqliyyat rabitəsi" olaraq təyin olunur.
Qeyd edək ki, bir qədər əvvəl, 20 may tarixində Arktika Şurasına sədrlik iki il müddətinə İslandiyadan Rusiyaya verilib. Bu baxımdan Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgəni sülh və sabitlik ərazisi kimi görməyə çağırıb.

Digər xəbərlər