PDF Oxu

Dünya

  • 2 827

Atəşkəs kim tərəfindən pozuldu? 12 MİNA ATILIB

Atəşkəs kim tərəfindən pozuldu? 12 MİNA ATILIB

Ukrayna təhlükəsizlik qüvvələri Donetskin şimal sərhədlərini atəşə tutub və bu ərazilərə 12 mina atıb. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə atəşkəs rejiminin Ortaq Nəzarət və Koordinasiya Mərkəzində, özünü elan edən Donetsk Xalq Respublikasının ofisində jurnalistlərə bildirilib.

"Ukraynanın silahlı birləşmələri istiqamətindən Kiyevin nəzarəti altında olan Peski-Donetsk istiqamətində atəş açıldığı qeydə alınıb", deyə ofisdən bildirilib.
Xatırladaq ki, Donbassda, 27 iyul 2020-ci ildə atəşkəsin təmin edilməsi üçün əlavə tədbirlər haqda qaydalar qüvvəyə minib. Onlar atəş edilməsinin, yaşayış məntəqələrində və yaxınlığında silahların yerləşdirilməsinin, hücum və kəşfiyyat, eləcə də təxribat hərəkətlərinin tamamilə qadağan olunmasını nəzərdə tutur. Təmas xətti yaxınlığında münaqişə tərəfləri tərəfindən mövqelərin mühəndis təchizatı və pilotsuz təyyarələrdən istifadəsi də qadağandır.
Bundan əlavə tədbirlərdə atəşkəsin pozulmasına görə intizam məsuliyyəti nəzərdə tutulur. Atəşkəs əmrləri münaqişə tam həll olunana qədər qüvvədə olmalıdır.
Diqqətə çatdıraq ki, Donbasdakı vəziyyətin həlli məsələsi, 2014-cü ilin sentyabrından bəri münaqişənin gərginləşdirilməsi addımlarını tənzimləyən üç sənəd qəbul edən təmas qrupunun Minskdəki görüşləri zamanı da müzakirə olunub. Lakin münaqişə tərəfləri arasında yaranan atəşkəs razılaşmalarından sonra atışmalar davam edir.

İnam Hacıyev

Digər xəbərlər