PDF Oxu

Dünya

  • 4 473

Hakerlər hansı məlumatları ələ keçirdilər? 10 İL MÜDDƏTİNDƏ TOPLANAN MƏLUMATLAR

Hakerlər hansı məlumatları ələ keçirdilər? 10 İL MÜDDƏTİNDƏ TOPLANAN MƏLUMATLAR

“Air India” şirkətinin sərnişinləri barədə on il ərzində olan məlumatlar hakerlərə sızıb. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, Hindistanın ən böyük hava yolu şirkəti olan “Air India” şirkətinin, 10 ilə yaxın müddət ərzində toplanan pasport və əlaqə məlumatları, kredit kartı məlumatları da daxil olmaqla müştərilərinin bütün fərdi məlumatlarının sızdırıldığı bildirilir.

“Air India” sərnişinlərinin məlumatlarının aviasiya sənayesində telekommunikasiya və İT xidmətləri göstərən İsveçrə təşkilatı SITA-ya hücum edildikdən sonra hakerlərə sızdığı qeyd olunur. Aviaşirkətin məlumatına görə, SITA-nın sərnişinlərə xidmət sisteminə haker hücumu dünyadakı 4,5 milyondan çox insanın məlumatlarına təsir edib.

Aviaşirkət hadisə ilə bağlı istintaq başladıldığını, bunun üçün xarici məlumatların qorunması üçün mütəxəssislərin cəlb etdiyini bildirib. Bununla yanaşı güzəştli serverlərin qorunması üçün tədbirlər də görüldüyünü qeyd edib.

İnam Hacıyev

Digər xəbərlər