ABŞ Dövlət Katibi Enthoni Blinken, Qəzza zolağı ilə İsrail arasında barışığı yaratmaq niyyəti ilə 26-27 may tarixlərində İsrail və İordan çayının qərb sahilini ziyarət edəcək. SİA xəbər verir ki, bu barədə "Reuters", planlaşdırılma ilə tanış bir mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bir qədər əvvəl Blinken yaxın günlərdə Yaxın Şərq bölgəsinə getmək, İsrail və Fələstin rəhbərliyi ilə görüşlər keçirmək niyyətində olduğunu bildirmişdi.
Agentliyin mənbəsinə görə, ABŞ Dövlət katibi "Vaşinqtonun atəşkəs yaratmaq səyləri çərçivəsində" İsrail və İordan çayının qərb sahilini ziyarət edəcək. Mənbə əlavə edib ki, Blinken Yaxın Şərqə səfəri zamanı Misirə də gedəcək.
Diqqətə çatdıraq ki, İsrail Təhlükəsizlik Nazirləri Kabineti, 20 may axşamı Misirin İsrail-Fələstin münaqişə bölgəsində hər hansı bir şərt olmadan ikitərəfli atəşkəs təşəbbüsünü yekdilliklə qəbul edib. Həmas Siyasi Bürosunun rəhbəri Taher An-Nononun müşaviri, İsrailin atəşkəsə riayət edəcəyi təqdirdə hərəkatın da atəşkəsə riayət edəcəyini söyləyib. Atəşkəs 21 may gecə saat 2-də qüvvəyə minib.
Xatırladaq ki, İsrail ilə Qəzza zolağı arasındakı sərhəddə vəziyyət 10 may axşamı kəskinləşib. Eskalasiyanın başlanğıcından bəri, Fələstin anklavından təxminən 4 300 raket atılıb. İsrail Dəmir Günbəz raketdən müdafiə sisteminin effektivliyini 90% olaraq qiymətləndirib. Son məlumata görə, İsraildə 12 nəfər ölüb, 50 nəfərdən çoxu ağır yaralanıb. İsrailin cavab zərbələri nəticəsində ölən fələstinlilərin sayı isə, 66-sı azyaşlı olmaqla 243 nəfərə çatıb, 1,9 min nəfər də yaralanıb.
İnam Hacıyev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...