Yaponiyalı mütəxəssislər içərisinə radioaktiv tullantılar yığılmış 5 mindən çox konteyneri yoxlayacaqlar. SƏS qəzeti xəbər verir ki, bu barədə NHK telekanalı bazar günü məlumat yayıb. Bildirilir ki, təftişə səbəb martda konteynerlərdən birində baş verən radioaktiv jelatinli sızma olub. Onun korroziya nəticəsində meydana gəldiyi güman edilir.
Qeyd edilir ki, yoxlama iyunun sonlarınadək davam edəcək. Bununla yanaşı, “Tokyo Electric Power Co.” (TEPCO) şirkətinin mütəxəssisləri iyuldan dekabradək ərazidə yerləşən içərisinə radioaktiv tullantılar yığılmış konteynerləri bir-bir yoxlayacaqlar. Bildirilir ki, onlardan bəzilərinin içərisində hansı maddənin olduğu məlum deyil.
Xatırladaq ki, 2011-ci ilin martında baş verən güclü zəlzələdən sonra yaranan sunami nəticəsində “Fukusima-1” AES-də enerji təminatı və soyuducu sistem sıradan çıxıb. Nəticədə üç reaktorda nüvə yanacağının əriməsi və hidrogen partlayışı baş verib. Geniş ərazidə baş verən radioaktiv yoluxma səbəbindən 165 minədək insan təxliyə edilib. Hazırda bu rayonun böyük hissəsi radiasiyadan təmizlənib və əhalinin əksəriyyəti geriyə qayıdıb.
Hazırda AES-də ləğvetmə işləri aparılır. Stansiyanın tamamilə sökülməsi üçün isə təqribən 40 il vaxt lazım olduğu bildirilir.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...